Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:40

-

Talibanın mərhum lideri Mullah Mohammad Omar-ın yaxın köməkçisi deyir ki, yaraqlı qrupun yeni seçilmiş liderinə qruplaşma daxilində ciddi müxalifət var.

Mullah Akhtar Mohammad Mansur Talibanın 1996-2001-ci illər hakimiyyəti dövründə aviasiya naziri olub. O, iyulun 30-da, qrup Omar-ın ölümünü təsdiqləyəndən sonra Taliban-ın yeni lideri elan olunub.

Vaxtilə Qəndəharın valisi olmuş Mullah Mohammad Hassan Rahmani Azad Əfqanıstan Radiosuna deyib ki, Mansur-u Taliban liderlərinin kiçik qrupu seçib. Mullah Abduraziq və Mullah Abdul Qayum Zaker kimi komandirlər daxil olmaqla, ona qarşı güclü müxalifət var.

Rahmani deyib ki, o öz dəstəsi ilə Mullah Omar-ın 23 yaşlı oğlu Mawlawi Yaqub-un lider seçilməsini istəyib. Mansur-u seçənlər Yaqub-u bu posta çox gənc hesab ediblər. Rahmani onu da deyib ki, əfqan hökuməti ilə hazırkı sülh danışıqları ilə bağlı qrup daxilində fikir ayrılığı yoxdur. Omar-ın ölümündən sonra danışıqlarda fasilə yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG