Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:24

Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş tələbələri nəinki diplomlarını, hətta attestatlarını geri ala bilmədiklərindən şikayətçidirlər.
Təhsil Nazirliyi bununla bağlı AzadlıqRadiosunun sorğusuna cavabında bildirib ki, Respublika Prokurorluğundan attestatları aldıqca sahiblərinə verirlər:

“Beynəlxalq Universitetinin bütün arxiv sənədlərini Baş Prokurorluq istintaq zərurəti ilə əlaqədar götürüb. Həmin sənədlərin araşdırılması nəticəsində aşkar edilmiş attestatlar Təhsil Nazirliyinə təhvil verilir və onlar sahiblərinə qaytarılır. Aşkar edilməyən attestatların konkret sayı barədə isə nazirlikdə məlumat yoxdur”.

Amma hələlik Respublika Prokurorluğundan da attestatlarla bağlı hər hansı açıqlkama verilməyib.

Təhsil Nazirliyi 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətini dayandırıb. Səbəb kimi də təhsil prosesində problemlər və qanunsuz tələbə köçürmələri göstərilmişdi.

O vaxtdan bəzi tələbələr attestatlarını və başqa sənədlərini ala bilmir, buna görə də yenidən ali məktəbə qəbul imtahanlarına qatıla bilmirlər. Bu haqda ətraflı AzadlıqRadiosunun keçən ay hazırlağı reportajda oxuyun.

Günün bütün mövzuları

XS
SM
MD
LG