Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:37

Əvvəl Rusiyadan Azərbaycana pul gəlirdi, indi tərsinədir


Rusiyanın Mərkəzi Bankının məlumatına görə, bu ilin 3 ayında Rusiyadan Azərbaycana 126 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 124 mln. ABŞ dolları və ya 49,6% azdır. Bu ilin ilk üç ayında hər əməliyyat üzrə orta hesabla 419 ABŞ dolları köçürülüb.

2014-cü ilin I rübündə pul köçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 250 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pul köçürmənin orta məbləği 609 ABŞ dolları olub.

Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, burda artım müşahidə olunub. Belə ki, bu ilin yanvar-mart aylarında hər əməliyyat üzrə orta məbləğ 700 ABŞ dolları olmaqla ölkəmizdən şimal qonşumuza ümumilikdə 56 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2014-cü ilin müvafiq dövründəkindən 15 mln. ABŞ dolları və ya 36,6% çoxdur. Başqa sözlə, ötən ilin ilk rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 754 ABŞ dolları olmaqla ümumilikdə 41 mln. ABŞ dolları həcmində vəsait daxil olub.(APA)

XS
SM
MD
LG