Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:23

Pakistanın xarici işlər nazirliyi Talibanın lideri Mullah Mohammad Onarın ölüm xəbərinə ilk dəfə rəsmi münasibət bildirib.

Nazirlik bildirir ki, İslamabad bu məlumatı təsdiq və ya təkzib edə bilmir.

Bunu nazirliyin sözçüsü Qazi Khalilullah İslamabadda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Pakistan hakimiyyəti hazırda prezidentin ofisinin yulun 29-da yaydığı bu məlumatı araşdırır.

Həmin məlumatda Omarın 2013-cü ildə Karaçi xəstəxanasında xəstəlikdən öldüyü bildirilir.

Bu məlumatı Əfqanıstanın milli təhlükəsizlik idarəsi də təsdiqləyib.

Amma sözçü iyulun 31-də Pakistanda Əfqanıstan hökuməti ilə Taliban arasında gözlənilən dialoqa münasibət bildirməyib.

Təkcə onu qeyd edib ki, Əfqanıstanla Pakistan dost ölkədir və biz Əfqanıstanda daima sülh və sabitlik istəyirik.

İyulun 31-də Pakistanda Əfqanıstan hökuməti ilə Taliban arasında növbəti görüş olacağı bildirilirdi.

Amma Taliban iyulun 30-da bu məlumatın doğru olmadığını bəyan edib.

Taliban bəyanat yayaraq bu məsələnin mümkünlüyünə şübhə salır.

Günün bütün mövzuları

XS
SM
MD
LG