Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:37

Ermənistan hökuməti iqtisadi artımın davam elədiyini desə də böyük xarici şirkətlər bu ölkədən gedirlər.

İqtisadiyyat naziri Karen Cshmarityan buna normal hal kimi baxır. Nazir deyir ki, müəyyən müddət ərzində müxtəlif ölkələrdə müxtəlif şirkətlər çalışa bilər, sonra isə gedə bilərlər.

Ermənistanı tərk edən tanınmış şirkətlər arasında Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” hava şirkəti, Cənubi Koreyanın nəhəng “Samsung” və Fransanın “Orange” telefon şirkətləri də var.

Ermənistan bazarına ötən ilin aprelində girən “Etihad” şirkəti bu ilin sentyabrından fəaliyyətinin dayandırılacağını bəyan edib.

Amma şirkət bunun səbəbi barədə ətraflı açıqlama vermir.

“Samsung”a gəldikdə isə şirkətin keçmiş sovet məkanı üzrə nümayəndəsi Karen Asoyan deyir ki, şirkət ermənistanı optimallaşma, regional tədbirlər çərçivəsində tərk edir.

O ki, qaldı Bu şirkətin məhsullarının Ermənistanda satışına, Asoyan deyir ki, Ermənistan bazarı şirkətin Gürcüstandakı regional ofisindən idarə olunacaq.

Fransanın “Orange” şirkəti də bu ay Ermənistandakı filialını satmaq fikrində olduğunu bəyan edib.

Şirkət deyir ki, 6 il ərzində Ermənistanda keçirdiyi əməliyyatlara 460 milyon dollardan çox vəsait xərcləsə də heçnə qazanmayıb və artıq Ermənistana sərmayə qoymağı məqsədəuyğun saymır.

İqtisadiyyat naziri Cshmarityan deyir ki, buna ölkədə iqtisadi vəziyyətin pizləşməsi kimi baxmaq düzgün deyil və onların əvəzində ölkəyə yeni şirkətlər gəlir.

Amma Aykakan Jamanak qəzetinin iqtisadi analitiki Hayk Gevorkian deyir ki, şirkətlərin getməsi məhz ölkədə iqtisadi və hətta deyərdim ki, siyasi vəziyyətin pisləşməsi ilə bağlıdır.

Gevorkian əksinə başqa iri şirkətlərin hələ də Ermənistanda qalmasına təəccüb edir.

Ermənistan iqtisadiyyatı yaxın müttəfiqi olan Rusiyadakı iqtisadi tənəzzüldən ciddi ziyan çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG