Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:22

Bakı ABŞ-ın ittihamlarına cavab verir


Hikmət Hacıyev
Hikmət Hacıyev

-

«ABŞ Dövlət Departamenti Cənubi Qafqaz regionunda narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və kütləvi həbsləri görməməzliyə vurur. Ancaq konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə «dərin narahatlıq» bildirir ki, bu da Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən ikili standartların növbəti bariz nümunəsidir».

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin bəyanatını şərh edərkən belə deyib.

O vurğulayıb ki, məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr prosesə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyil.

«ABŞ-ı polis zorakılığı bürüyüb, ölkədə sistematik irqi-ayrıseçkilik halları müşahidə olunur. Quantanamo həbsxanasındakı mühakiməsiz həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq, pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər – ABŞ budur. Bütün bunların fonunda Amerikanın özünü insan hüquqlarının «qlobal himayədarı» kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur», - Hikmət Hacıyev deyib.

İyulun 29-da ABŞ Dövlət Departamenti «Azərbaycan Saatı» proqramının aparıcısı Qənimət Zahid və «Meydan TV»nin rəhbəri Emin Millinin qohumlarının həbsini pisləyib.

XS
SM
MD
LG