Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:24

-
Lerik rayonunun Monidigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı 3 min illik tarixə malik daş qutu qəbirlər aşkarlanıb.

Milli Elmlər Akademiyası saytının məlumatına görə, qazıntıları akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Fransanın Milli Tədqiqatlar Mərkəzi, Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşları birlikdə aparıb.

Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəisi Abuzər Ələkbərov deyib ki, XIX əsrin sonlarında da həvəskar fransız arxeoloq Jacques de Morgan və qardaşı Henry Morgan Lerikdə arxeoloji kəşfiyyat aparıblar. Həmin işlərin nəticəsi olaraq son Tunc və ilk Dəmir dövrünə aid daş qutu qəbirlər və xeyli miqdarda arxeoloji materiallar üzə çıxarılıb. Tapılan materiallar, keramika məmulatları, bəzək əşyaları, silahlar Fransaya aparılıb. Hazırda Sen-Jermen Muzeyində saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG