Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38

- "Nə xoşbəxt imişəm bir zaman, Allah!"

Bakı Kitab Klubu şair Əli Kərimin “Nə xoşbəxt imişəm bir zaman, Allah!” adlı şeir kitabını (380 səhifə) nəşr edib.

Kitab haqda tanıtım yazısında deyilir:
XX əsr Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən biri olan Əli Kərimi ədəbiyyatımızda şimşək kimi tez çaxıb tez də sönən şairlər sırasına daxil etmək olar.

Onun novator, hər cür pafosdan uzaq olan poeziyasının işığı, istisi heç zaman sönmədi, insanları sevməyə, sevilməyə, necə olursa-olsun həqiqətin yanında olmağa çağırdı.

Əli Kərim 60-cı illərdə Azərbaycan sözü üçün xüsusi poetik mühit yaradaraq onu çeynənməkdən, sürtülməkdən xilas etdi, bədii təfəkkürü yeniləşdirdi.

Vaxtilə Rəsul Rza Əli Kərim haqqında yazmışdı: “Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya çıxır. Şair də var ki, öz-özüylə yarışdadır, hər əsərində bir pillə qalxır, özünü, özgəsini təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi... ”

Günün bütün mövzuları

XS
SM
MD
LG