Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:22

Rusiyanın vetosu qəzəb doğurur


Niderlandın baş naziri Mark Rutte bu ilki anım mərasimində

Niderlandın baş naziri Mark Rutte bu ilki anım mərasimində

-

Avstraliya və Niderland Rusiyanın BMT qətnaməsinə veto qoymasına qəzəbli reaksiya verib. Rusiya bir gün öncə Malayziya təyyarəsinin vurulması üzrə tribunalın yaranmasını nəzərdə tutan qətnaməyə veto qoyub. Ötən il Ukrayna səmasında vurulan təyyarədə 298 nəfər həlak olub.

Niderlandın baş naziri Mark Rutte deyib: “Rusiya ayağa qalxmağı və beynəlxalq ədalət axtarışında yer almağı bacarmadı”. O, Rusiyanın vetosunun “həddən artıq təəssüf doğurduğunu”, ancaq “təəccüblü olmadığını” söyləyib.

Rutte-nin sözlərinə görə, Niderlandın rəhbərlik etdiyi istintaqa qoşulan ölkələr indi “yerli və beynəlxalq səviyyədə” digər hüquqi məsələlərə baxacaqlar.

Avstraliya baş naziri Tony Abbott Rusiyanın vetosunu “təhqiramiz” adlandırıb. “Rusiya hərəkətləri ilə ailələrin hüquqlarına tam hörmətsizlik göstərdi,” o, deyib.

Rusiya təyyarənin vurulmasına görə Kiyevi günahlandırır. İstintaqdan mediaya sızan məlumatlara görə, təyyarə separatçıların nəzarətində olan ərazidə Rusiyanın yer-hava tipli raketi ilə vurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG