Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:12

-

«Biz güclü komanda ilə oynayacağımızı bilirdik və bu oyunun Qlazqoda keçməsinin çətinliklərindən də xəbərdar idik. Düşünürəm ki, Azərbaycan azarkeşlərinin dəstəyi ilə keçəcək cavab görüşündə çox maraqlı oyun görəcəyik».

Bunu «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanov Qlazqoda «Celtic»lə oyundan sonra deyib.

Komandanın saytının məlumatına görə, baş məşqçi futbolçuların oyununun onu qane etdiyini də deyib.

İyulun 29-da UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Qlazqoda keçirilən «Qarabağ» – «Celtic» matçı 0-1 hesabı ilə Şotlandiya çempionunun xeyrinə başa çatıb.

Cavab oyunu avqustun 5-də Bakıda, Tofiq Bəhramov adına stadionda olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG