Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:57

"Doktor Jivaqo" 11 min dollara satılıb


"Doktor Jivaqo", 1957-ci il nəşri
"Doktor Jivaqo", 1957-ci il nəşri

- "Doktor Jivaqo"-nun arxasında duran hekayələr

ABŞ-ın yeni və köhnə, nadir və ən nadir kitablar satan dükanlar şəbəkəsi AbeBooks bu həftə “Doktor Jivaqo”nun orijinal, rus dilində olan nüsxəsini 11 min ABŞ dollarına satıb.

Dükanın kitab haqda qeydi belə olub: “Orijinal mavi paltarda. Birinci rusca nəşri, 1160 nüsxədən biri, Mərkəzi Kəşfiyyat İdarəsinin nəşr və təbliğat proqramının bir hissəsi kimi qadağan olunmuş materialları Sovet İttifaqı və Şərqi Avropada təmsil etmək üçün buraxılmışdı”.

Bundan sonra "AbeBooks" Boris Pasternakın 20-ci əsrin əvvəlində yazdığı, 1957-ci ildə nəşr olunan, sonra isə kəskin tənqidlərlə qarşılanan “Doktor Jivaqo” romanının tarixi haqda geniş məqalə çap edib.

Məqalədə "Doktor Jivaqo" hekayəsindən doğan bir neçə hekayədən danışılır. Bu kitabı xilas edən italyan naşir Giangiacorno Feltinelli'nin hekayəsinə ilk dəfə geniş yer verilir.

“Bəziləri onu sevgi hekayəti adlandırır. Bu miqyasdakı roman üçün çox sadə tanıtım olardı. Bu kitab Pasternakın klassik, ziddiyyətli romanıdır.

Burada itki, məyusluq, insanın öz vətənində özgələşməsi, öz inancına yadlaşması, sevgi var, amma bunlar da həmin romanı tanıtmaq üçün azdır” - sözlərilə başlayan məqaləni “Doktor Jivaqo”nun bu ötən illər ərzində müxtəlif nəşriyyatlarda işıq üzü görmüş variantlarının şəkilləri müşayiət edir.

XS
SM
MD
LG