Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:40

Savchenko-nun məhkəməsi başlanır


Nadiya Savchenko-ya azadlıq tələb edən afişa

Nadiya Savchenko-ya azadlıq tələb edən afişa

-

İyulun 30-da Rusiyada ukraynalı pilot Nadiya Savchenko-nun məhkəməsi başlanır. Pilot iki rusiyalı jurnalistin ölümündə birbaşa iştirakda, Rusiyaya qanunsuz daxil olmaqda ittiham edilir. Məhkəmə Rusiyanın Ukrayna ilə sərhəd Rostov regionunun Donetsk şəhərində keçiriləcək. Bu şəhərin Ukraynanın Donetsk bölgəsi ilə heç bir əlaqəsi yoxdur.

34 yaşlı Savchenko bu ayın əvvəlində Moskvadakı təcridxanadan Rostov regionuna köçürülüb. Rusiya rəsmiləri məhkəmənin Rostovda keçirilməsini pilotun Ukraynadan Rusiyaya məhz bu ərazidə keçməsilə izah edirlər.

Vəkillər isə deyirlər ki, məhkəmə üçün uzaq məsafəni seçməkdə məqsəd müşahidəçilərin prosesdə iştirakını əngəlləməkdir. Məhkəmə qapalı keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG