Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:00

Ukrayna mayoru terrorçuluqda ittiham edir


Donetskdə nəzarət buraxılış məntəqəsi

Donetskdə nəzarət buraxılış məntəqəsi

-

Ukrayna dövlət təhlükəsizlik xidməti iyulun 26-da Ukraynanın şərqində partlayıcı dolu yük maşını ilə saxlanmış rus mayorunun kimliyini müəyyənləşdirib və ona terrorçuluq ittihamı irəli sürüb.

Təhlükəsizlik xidmətinin rəhbəri Vasyl Hrytsak iyulun 29-da jurnalistlərə deyib ki, 37 yaşlı Vladimir Starkov Rusiyanın Kirov regionundandır və elə saxlanan kimi Rusiya silahlı qüvvələrində xidmət etdiyini açıqlayıb. Onu yük maşını ilə birlikdə Donetsk şəhərinin 22 kilometrliyində nəzarət-buraxılış məntəqəsində saxlayıblar.

Ukraynanın bu işə əsaslanaraq Rusiyanın ölkənin şərqindəki münaqişədə iştirak etməsi ittihamlarını gücləndirəcəyi görünür. Kreml ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG