Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:51

Boeing 777-nin qanad hissəsi tapılıb


Polis təyyarənin qalığını daşıyır

Polis təyyarənin qalığını daşıyır

-

İyulun 29-da Hind Okeanındakı adada tapılan təyyarə qanadının hissəsi Boeing 777 təyyarəsinə aiddi. Bu təyyarə bir ildən çox itkin düşmüş Malayziya təyyarəsi ilə eyni modeldir.

ABŞ rəsmisinin sözlərinə görə, təhlükəsizlik inspektorları əmindirlər ki, Fransanın Reunion adasında tapılan hissənin fotosu məhz Boeing 777-yə məxsusdur.

Hazırda Fransa hüquq-mühafizə orqanları 2 metrlik hissəni təhqiq edir. Üzərindəki nömrə isə asanlıqla təyyarənin tanınmasına kömək edə bilər, bunu Fransa aviasiya eksperti Xavier Tytelman deyib. “Bir neçə günə dəqiq cavab əlimizdə olacaq”.

Malayziya hava yollarına məxsus MH370 ötən ilin martında havaya qalxandan bir saat sonra yoxa çıxıb. Onun Hind Okeanında qəzaya uğradığı, təyyarədəki 239 nəfərin öldüyü güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG