Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:48

.

Mərkəzi Bank banklara kredit faizlərini salmağı tövsiyə edib. Yəni istehlak kreditləri üzrə illik faiz dərəcələrinin 29, mikrokreditlər üzrə 25 faizdən yuxarı olmaması təklif edilir. Xəbəri “Trend” informasiya agentliyi yayıb.

Məlumatda qeyd edilir ki, Mərkəzi Bankın tövsiyəsi icra olunmadığı halda inzibati tədbirlər nəzərdə tutulmasa da, banklar bunu nəzərə almağa çalışırlar.

Mərkəzi Bank iyunun 29-da istehlak kreditlərinin xidməti üzrə komissiya xərclərinin 1%-ə qədər azalması ilə bağlı təlimat vermişdi. Amma o zaman bəzi banklar gəlirlərin azalmasını kompensasiya etmək üçün kreditlər üzrə faiz dərəcələrini artırmışdı.

Parlament seçkisi qabağı göstərmək istəyirlər ki, guya faizlər aşağı salınır.

“Trend” bu addımın Mərkəzi Bankı qane etmədiyindən bank rəhbərləriylə ikinci görüş keçirdiyini və kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinə məhdudiyyətlər qoyulduğunu bildirir.

Əkrəm Həsənov

Əkrəm Həsənov

“POPULİST ÇIXIŞDIR, GÖZDƏN PƏRDƏ ASMAQDIR ”

İqtisadçı Əkrəm Həsənov AzadlıqRadiosuna deyir ki, məqsəd narazı əhalini sakitləşdirməkdir. Onun sözlərinə görə, hökumət bu yolla pullarını banklardan çıxarmağa çalışan əmanətçilərin narahatlığına son qoymaq istəyir.

Birincisi, Mərkəzi Bankın belə göstəriş verməyə ixtiyarı yoxdur. Bu, qanunaziddir. İkincisi, mən bunu populist addım sayıram. Parlament seçkisi qabağı göstərmək istəyirlər ki, guya faizlər aşağı salınır. Bunun elə ciddi təsiri olmayacaq. Çünki banklar kreditləri milli valyutada verməyəcəklər, xarici valyutada verəcəklər, bunun da elə xeyri yoxdur.

Digər tərəfdən, heç bilinmir banklar kredit verəcəklər, ya yox. Çünki faizi aşağı salmaqla deyil ki. Mərkəzi Bank özünün rəsmi uçot dərəcəsini 3 faizə saldı, banklara krediti həmin faizlə verməlidir, ancaq vermir
,” söyləyir iqtisadçı.

Əkrəm Həsənov güman edir ki, bu vəziyyət bankları başqa yola əl atmağa – lombardlarla işləməyə vadar edəcək:

Mən güman edirəm, bank sahibləri kreditləri yüksək faizlə lombardlar vasitəsilə verəcəklər. Lombardlar da Azərbaycanda lisenziya almadan fəaliyyət göstərirlər. Bank elan edəcək ki, krediti 20 faizlə veririk, vətəndaşa isə kredit verməkdə maneə yaradacaq. Nəticədə o da gedib lombarddan 35-40 faizlə kredit götürəcək”.

...bank sahibləri kreditləri yüksək faizlə lombardlar vasitəsilə verəcəklər. Lombardlar da Azərbaycanda lisenziya almadan fəaliyyət göstərirlər. Bank elan edəcək ki, krediti 20 faizlə veririk, vətəndaşa isə kredit verməkdə maneə yaradacaq. Nəticədə o da gedib lombarddan 35-40 faizlə kredit götürəcək.

İqtisadçı Mərkəzi Bankın bu addımını gözdən pərdə asmaq sayır. Onun qənaətincə, faizlərin düşməsini o zaman real saymaq olar ki, Mərkəzi Bank özü bütün banklara 3 faizdən rəsmi uçot dərəcəsi ilə kredit versin.

Məhəmməd Talıblı

Məhəmməd Talıblı

“SOSİALİST PRAKTİKASI”

Başqa bir iqtisadçı Məhəmməd Talıblı da bir məqamı xüsusi vurğulayır ki, Mərkəzi Bankın özəl bankların işinə müdaxilə etməsi bazar iqtisadiyyatının fəlsəfəsinə ziddir. Onun sözlərinə görə, Mərkəzi Bank ölkədə kredit faizlərinin aşağı düşməsində maraqlıdırsa, başqa metodlara əl atmalıdıdr, xüsusilə uçot dərəcəsinin endirilməsi haqda qərara yenidən baxa və ya bankların kredit resurslarıyla təminatına diqqət yetirə bilər.

"Və ümumilikdə bank sektorunda elə siyasət həyata keçirər ki, nəticədə aşağı faizli kredit verilməsi uğrunda yarış başlayar. Əslində belə yarış mühiti formalaşmayana qədər Mərkəzi Bankın bu cür direktivləriylə aşağı dərəcəli faizlərin verilməsi mümkün deyil”, deyir Məhəmməd Talıblı.

Onun qənaətincə, Mərkəzi Bankın indi apardığı siyasət sosialist praktikasına uyğundur:

“Bu siyasət direktiv siyasəti yox, tənzimləmə siyasəti olmalıdır. Sadəcə, bu adminstrativ bir yoldu, bunun səmərə verəcəyinə inanmıram. Bankların bunu məcburi qaydada yerinə yetirməsi mümkün olmayacaq. Həmin bankların özünün bazarda marağı var. Qlobal maliyyə böhranından sonra uçot faizi 15 faiz idi, bundan sonra 3 faiz oldu. Uçot faizi 5 dəfə düşsə belə kredit faizləri düşmədi ki, qalxdı əksinə. Ona görə də banklar arasında rəqabət mühiti formalaşmayana qədər Mərkəzi Bankın tələbiylə kredit faizinin düşməsi mümkün deyil”.

Ünvanlarına səslənən tənqidlərə Mərkəzi Bankın və bankların mövqeyini öyrənə bilmədik.

İlin əvvəlində Azərbaycan manatının kəskin dəyərdən düşməsi və Beynəlxalq Bankında iri məbləğdə qaytarılmayan kreditlər problemi ortaya çıxandan bu yana ölkədə banklardan kredit almağın faktiki mümkün olmaması barədə xəbərlər gəlir. Eyni zamanda qədər bir neçə bank artıq fəaliyyətini dayandırıb. Mərkəzi Bankdan arası-sıra verilən rəsmi məlumatlarda ölkədə bank sisteminin sağlamlaşdırılması üçün tədbirlər görüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG