Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

Əfqanıstan hökuməti Talibanın lideri Mullah Mohammad Omarın 2013-cü ildə ölməsini təsdiqləyib.

Bunu Milli təhlükəsialik şurasının rəsmisi iyulun 29-da AzadlıqRadiosunun əfqan xidmətinə müsahibəsində deyib.

Adının çəkilməsini istəməyən rəsmi əlavə məlumat verməyib.

BBC-nin Kabildəki müxbiri də Əfqanıstanın prezident aparatı və kəşfiyyat xidmətindəki mənbələrin bu məlumatı təsdiqlədiyini xəbər verir.

Bundan əvvəldə Mullah Mohammad Omarın ölümü barədə məlumatlar dolaşırdı.

Amma Əfqanıstan rəsmiləri bu məlumatı ilk dəfədir ki, təsdiqləyir.

Bu arada isə Əfqanıstan hökuməti ilə Taliban arasında növbəti dialoqun vaxtı bəlli olub.

Görüş iyulun 31-də Pakistanda keçiriləcək.

Bunu ölkənin şərqindəki puştu qəbilə icmasının lideri və Ali Sülh Şurasının üzvü Din Mohammad iyulun 29-da AzadlıqRadiosunun əfqan xidmətinə müsahibəsində bildirib.

Tərəflər arasında ilk görüş iyulun 7-də İslamabad ətrafında keçirilib.

Dialoq ABŞ və Çin rəsmilərinin vasitəçiliyi ilə baş tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG