Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

-

«Meşə yanğınlarının böyük əksəriyyəti taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin ehtiyatsızlığı və etinasızlığından irəli gəlir».

Bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Bildirib ki, fermerlər məsələnin ciddiliyini və məsuliyyətini anlamadan plansız, qabaqlayıcı tədbirlər olmadan sahələrə od vurur və yarana biləcək fəsadları hesablamırlar.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bunlar nəzərə alınaraq, ETSN-in müvafiq qurumları araşdırmalara başlayıb:

«Yanğın törətməkdə təqsirli bilinən torpaq istifadəçiləri - fermerlər müəyyənləşdirildikdən sonra meşə sahəsinə vurulan ziyanla bağlı onlar barəsində müvafiq sənədləşmə aparılacaq və barələrində ciddi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək».

İyulun 28-də Xızı rayonunun Dizəvər yaylağında başlamış yanğın sonradan meşə fondu torpaqlarına keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG