Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:43

Ukrayna Depardieu-yə 5 illik qadağa qoydu


Gerard Depardieu Minskdə, 22 iyul, 2015-ci il

Gerard Depardieu Minskdə, 22 iyul, 2015-ci il

-

Ukrayna fransalı aktyor, Rusiya vətəndaşlığı almış Gerard Depardieu-ni qara siyahıya salıb və ölkəyə girişinə 5 illik qadağa qoyub. Məlumatı Ukrayna Milli Təhlükəsizlik Xidmətinin sözçüsü iyulun 28-də yayıb.

Ukrayna mədəniyyət nazirliyi Depardieu və digər Rusiyaya dost beynəlxalq film ulduzlarını milli təhlükəsizliyə hədə və onların filmlərinin qadağan olunmasını vacib sayır.

Ukraynanı qəzəbləndirən Depardieu-nin Rusiya prezidenti Vladimir Putin-lə sıx dostluq əlaqəsi yaratması olub. Hətta məlumatlara görə, bir dəfə müstəqil Ukraynanın mövcudluğunu belə inkar edib. “Rusiyanı və onun bir hissəsi olan Ukraynanı sevirəm,” aktyor deyib və bu sitatını heç vaxt təkzib etməyib.

Fransalı aktyor ölkəsini varlılara əlavə vergi tətbiqinə etiraz olaraq tərk edib və 2013-cü ilin yanvarında Putin ona Rusiya pasportunu təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG