Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:36

-

Keçmiş Rusiya casusu Alexander Litvinenko-nun radioaktiv maddəylə zəhərlənməsini araşdıran britaniyalı hakim Rusiya hakimiyyətini onun işinə müdaxilədə ittiham edir. Robert Owen iyulun 28-də, işdə şübhəli sayılan Dmitry Kovtun videoəlaqə vasitəsilə ifadə verməkdən imtina edəndən sonra danışıb. Kovtun deyib ki, hazırda Rusiyada gedən istintaqının konfidensiallıq öhdəliklərini poza bilməz.

Britaniya polisi Kovtun-u və Andrei Lugovoi adlı digər rusu Litvinenko-nu zəhərləməkdə şübhəli bilərək axtarır.

KGB zabiti olmuş, daha sonra Kremlin tənqidçisinə çevrilmiş Litvinenko 2006-cı il noyabrın 1-də Londonun Millennium mehmanxanasında zəhərlənib. Onun çayına radioaktiv polonium-210 izotopu qatıldığı bildirilir.

Litvinenko 3 həftə sonra dünyasını dəyişib və ölüm ayağında Rusiya prezidenti Vladimir Putin-i qətlinin sifarişində ittiham edib. Moskva ittihamı rədd edib.

Kovtun isə Litvinenko-nu zəhərləmədiyini deyir, onun öz-özünü zəhərlədiyini iddia edir. Rusiya hər iki şübhəlinin ekstradisiyasından imtina edir.

Britaniya hakimiyyəti Rusiya dövlətinin bu işdə əli olmasına dair dəlil tapdığını bildirir. Owen bu həftə məhkəmə istintaqını yekunlaşıdırır və ilin sonunadək tapıntılarını açıqlayacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG