Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46

Magistraturalara qalan boş yerlərə müsabiqə


Ali təhsil məktəblərin magistratura bölmələrində boş qalan plan yerlərə qəbul elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatında bildirilir ki, boş yerlərə qəbul 2015-ci il fevralın 22-i və aprelin 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Məlumatda bildirilir ki, cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün iyulun 29-dan avqustun 5-ə qədər TQDK‑nın internet saytına daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edərək təsdiqləməlidirlər.

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG