Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və digərlərinin Azərbaycanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq davam etdirilir.

İttiham üçün kifayət qədər sübutlar toplanıldığından iyulun 28-də Nəsimi rayon məhkəməsində German Sterliqov barəsində həbs qətimkan tədbiri seçilməsi və beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edilib.

Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri keçirilir.

Qeyd edək ki, Rusiyalı iş adamı German Sterligov iyulun 4-də qanunsuz olaraq Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağa gedib və Şuşada mətbuat konfransı keçirib.

German Sterligov Rusiyadakı ilk əmtəə birjasının təsisçilərindən biridir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, onun adı millətçilərin birləşdiyi BORN təşkilatına qarşı cinayət işində hallanır.

Moskva məhkəməsi iyulun 24-də bu təşkilatın lideri İlya Goryachevi ömürülk həbs cəzasına məhkum edib.

33 yaşlı Goryachev 2010-cu ildə hakim Eduard Chuvashov, 2009-cu ildə rusiyalı antifaşist fəal Stanislav Markelov, tacik və azərbaycanlı miqrantın qətlində təqsirli bilinib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG