Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:59

“Sınıq Körpü” gömrük keçid məntəqəsində Azərbaycan və Gürcüstan gömrük orqanları nümayəndələrinin görüşü keçirilib.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətlərinin rəhbərləri görüşdən əvvəl “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrindəki vəziyyətlə tanış olublar.

Sonra isə “Sınıq Körpü” keçid məntəqəsində nümayəndə heyətlərinin görüşü keçirilib.

Görüşdə “Sadıxlı” və “Mtkvari” keçid məntəqələrində sərnişinlərin 24 saat keçidinin təmin olunması üçün lazımi tədbirlər görülməsi, bu il avqustun 10-dan isə səhər saat 8-dən axşam saat 20-dək minik maşınlarının keçidinin təmin olunması barədə razılıq əldə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG