Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:14

Sevgi münasibətinə güc strukturları da daxildir


Margaret Atwood
Margaret Atwood

- "Öz şəxsi gücünü kişi ilə münasibətdə olarkən necə qoruyub saxlamaq bir qadın üçün problemdir."

“Bədən işgəncəsi” kitabım, məsələn, kişilərə aid olduğu sanılan dünyaya bir növ müdaxilə kimi qarşılandı."

Margaret Atwood (Kanada, 1939) - dövrümüzün ən nüfuzlu yazıçılarındandır. Dünyada daha çox romançı kimi tanınır, amma çoxlu şeir kitabları da var.

"Kor sui-qəsdçi" ("The Blind Assassin") adlı romanıyla 2000-ci ildə Booker mükafatı qazanıb.

Yazıçının 1990-cı ildə "Paris Review" jurnalına verdiyi müsahibəni ixtisarlarla təqdim edirik.

MA: Mən Kanadanın şimal meşələrində böyümüşəm. Orada sən yaşamaq uğrunda mübarizə haqda bəlli şeyləri bilməliydin. Meşədə azsam, nə etməliyəm mövzusunda çoxlu şeylər öyrədirdilər mənə.... Yaşamaq uğrunda mübarizə mövzusu əvvəldən mənim həyatımın bir hissəsi olub.

PR: Yaşamaq uğrunda mübarizənin fiziki formasından intellektual və siyasi mübarizə formasına necə sıçrayış etdiniz?

Margaret Atwood'un Azərbaycan dilində "Kor qatil" romanı
Margaret Atwood'un Azərbaycan dilində "Kor qatil" romanı

MA: Kanada haqda bir ölkə kimi düşünəndə mənə aydın oldu ki, yaşamaq uğrunda mübarizə onlar üçün milli dərd olub.

1960-cı illərdə ABŞ-a gedəndə Kanadanın harada yerləşdiyini heç kəsin bilmədiyini gördüm. Kiminsə qardaşı ora balıq tutmağa getmişdi, ya da nəsə belə bir şey.

Harvardda olanda “xarici tələbə” kimi bir axşam bir qadıın evinə dəvət olundum və milli kostyum geyinməyimi istədilər. Təəssüf ki, milli kostyumum və qar ayaqqabım da yox idi. Milli geyimsiz oturdum yazıq qadının yanında, başladıq ekzotik geyimli başqa tələbələrin gələcəyini gözləməyə. Onlarsa gəlmədilər, çünki xarici tələbələr o vaxt gecə bayıra çıxmırdılar....

PR:Şeir yazmaq nəsr yazmaq fəaliyyətindən necə fərqlənir?

MA: Məncə, bunlar beynin iki ayrı sahəsini tutur. Nəsr yazanda mən daha sistemli, daha metodikalı oluram ki, roman yazmaq da elə bunu tələb edir. Poeziya yazmaq isə azad süzmək vəziyyətidir...

PR: Məncə, siz poeziyada problemləri qaldırır, romanda isə o probemlərə metaforalar əlavə edir və dramatikləşdirirsiniz.

Margaret Atwood
Margaret Atwood

MA: Əvvəl bir şeir yazıram, sonra o mövzuya roman həsr edirəm, – amma bu məqsədli olmur, yalnız romanımı tamamlayandan sonra deyə bilərəm ki, bu şeir bu romanın açarı idi və qapını şeir açdı mənim üçün.

Roman yazanda əvvəl görüntü, səhnə, xarakterlərin səsləri gəlir. Kiçicik bir rüşeym. Bəli, bəzən o toxum artıq yazmış olduğum şeirdə olur.

PR: Yazıçıların qavrayışı fərqlidirmi, yazıçı gözünə unikal bir şeymi xasdır?

MA: Eskimosların, inuitlərin qar üçün əlli iki sözü var. O sözlərin hər biri qarın bir başqa növünü bildirir. Fin dilində “O” - qadın və kişi cinsləri yoxdur. Belə dildə roman yazırsansa, qəhrəmanların qadın, ya kişi olduğnu bildirmək üçün ya onların adlarını tez-tez deməli, ya da cinslərə görə özəl fəaliyyətlərini təsvir etməlisən.

Onlar o zaman belə şeylər yazmırdılar. Charles Dickens yazmışdı, onun bir səhəsində Nancy elə öldürülür ki, qanı hər şeyə bulaşır. Amma o zaman qadın belə şey yazsaydı heç kəs nəşr etməzdi.

Sizin sualınıza isə yaxşı cavabım yoxdur. Çünki “başqaları”nın dünyanı necə müşahidə etdiyindən xəbərsizəm.

Aldığım məktublara əsasən fikir yürütsəm, bir çoxları mənim yazımda öz hissələrini tanıyırlar, bu da insandan insana görə dəyişir, əlbəttə...

Yazıçıların unikal cəhəti yazılarıdır. Onların sözləri necə seçməsidir, ən azı kağızda...

PR: Dilin limitlərində ilişdiyinizi hiss etmisinizmi yazanda?

MA: Bütün yazıçılar dil limitlərini hiss edirlər. Bütün ciddi yazıçılar.

PR: Yazılarınızda niyə bu qədər zorakılıq var?

MA: Bəzən insanlar qadının belə bir şey yaza biləcəyindən təəccüblənirlər.

“Bədən işgəncəsi” kitabım, məsələn, kişilərə aid olduğu sanılan düyaya bir növ müdaxilə kimi qarşılandı.

Əlbəttə, zorakılıq məndə Jane Austen’də, yaxud George Eliot’da olduğundan çoxdur.

Onlar o zaman belə şeylər yazmırdılar. Charles Dickens yazmışdı, onun bir səhnəsində Nancy elə öldürülür ki, qanı hər şeyə bulaşır.

Amma o zaman qadın belə şey yazsaydı heç kəs nəşr etməzdi.

Əslində mən zorakılıqsız, sivil davranışlı insanların arasında böyümüşəm. Dünyaya çıxanda başqa insanlardan daha çox şok olurdum zorakılıq görəndə...

PR: Bir çöx əsərlərinizdə sevgi və hakimiyyət qarşılıqlı bağlıdır, sevgi hakimiyyət uğrunda mübarizədir.

MA: Kişi və qadın arasında sevgi münasibətinə güc strukturları da daxildir. Çünki kişilərin cəmiyyətdə yeri qadınlardan fərqlidir, onlarda güc, hakimiyyət qadınlardan çoxdur.

Öz şəxsi gücünü kişi ilə münasibətdə olarkən necə qoruyub saxlamaq bir qadın üçün problemdir.

Kiminləsə sevgi münasibətində olmaq eqo baryerlərini sındırır, bunun ən yaxşı tərəfi kosmik şüuru hiss etməkdir, pis tərəfi isə Özünün itdiyini hiss etmək.

Kim olduğunu itirirsən. Qala çökür. Heç nəyin bərabər olmadığı cəmiyyətdə bərabər mübadilə mümkündürmü?...

Mənim şəxsən kişilərlə heç bir problemim yoxdur. Roman mövzusunda mən mühafizəkaram, yəni romanı özünü-ifadə kimi yazmaq olmaz düşnürəm. Roman mənim üçün cəmiyyətə baxmaqdan ötrü vasitədir...

PR: Necə işləyirsiniz? İlk qaralamanızı necə yazdığını təsvir edə bilərsinizmi? Gecə, ya gündüz yazırsınız, harada olduğunuz əhəmiyyət kəsb edirmi?

MA: Əl yazım sürətlidir. Kağızda sıx sətirlərlə yazıram. Tez bitirməyə tələsmirəm. Yazandan sonra əlyazmamı kompüterə köçürürəm... Səhər saat onla dörd arasında yazıram, uşağım evə gələnə qədər. Bəzən, roman yoluna düşəndən sonra axşamlar da yazıram.

PR: Birinci səhifədən sonuncuya doğru sıraylamı yazırsınız?

MA: Yox. Bunu səhnələr diktə edir. Bəzən xətti formada alınır, bəzən yox.. Surfacing”-in iki hissəsini qalanından beş il əvvəl yazmışdım...

PR: Redaktorlarla sıx əməkdaşlıq edirsiz?

MA: Mən özüm redaktor işləmişəm, odur ki, bir çox hallarda redaktəni özüm edə bilirəm. İnsanlara göstərməzdən əvvəl pozub yazmaq mərhələsini özüm edirəm...

Amma redaktorla da işləyirəm. Mətni inkişaf etdirmək üçün redaktor vacibdir. Redaktorlardan gözləyim şeylərdən biri sadəcə onların mənim yazdığımı başa düşdüyü hissini almaqdır...

XS
SM
MD
LG