Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:00

“NATO hadisələrin inkişafını çox yaxından izləyir və biz müttəfiqimiz Türkiyə ilə tam həmrəyik”.

Bunu təşkilatın baş katibi Jens Stoltenberg iyulun 28-də Brüsseldə təşkilatın Türkiyə ilə bağlı təcili toplantısından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, terrorçuluğun bütün formaları dözülməzdir və ona heç bir halda haqq qazandırıla bilməz.

Bu günlərdə Türkiyənin Suriya ilə sərhəddə yerləşən Suruc şəhərində törədilən terror aktından sonra bölgədə vəziyyət gərginləşib.

Həmin terror aktını İslam Dövləti qrupu təşkil edib və bundan sonra ABŞ-la Türkiyə İslam Dövləti yaraqlılarına qarşı birgə mübarizə aprmaq razılığına gəliblər.

NATO-nun toplantısı Türkiyənin xahişi ilə çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG