Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:15

Iranla Türkiyə arasındakı qaz kəməri Türkiyənin cənub-şərqində partladılıb.

Bu barədə Türkiyənin energetika naziri Taner Yılmaz məlumat verib.

Nazir bildirib ki, bunun arxasında yəqin ki, kürd yaraqlıları durur.

Partlayış ötən gecə Agri əyalətində, təxminən İran sərhəddinin 15 kilometrliyində törədilib.

Türkiyənin Boraş şirkəti iyulun 28-də həmin hissənin təmir edildiyini bildirir. Amma qazın nə vaxt bərpa olunacağı hələlik bəlli deyil.

Təbrizlə Ankaranı biləşdirən 2600 kilometrlik kəmər Türkiyənin cənub-qərbindən keçir.

Kəmər əvvəllər də bir neçə dəfə PKK yaraqlıları tərəfidən partladılıb.

Türkiyə təyyarələri İraqın şimalındakı PKK düşərgələrini vurduğuna görə, PKK ötən həftə atəşkəs rejiminin bitdiyini bəyan edib.

Türkiyənin hərbi-hava qüvbvələri həmçinin İslam Dövləti qrupunun Suriyadakı mövqelərini bombalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG