Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:52

Beynəlxalq Bankın mətbuat katibi dəyişdi


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

-

Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev tutduğu vəzifədən istefa verib.

Bu barədə AzadlıqRadiosuna Rauf Ağayevin özü məlumat verib.

Deyib ki, istefasının səbəbi yenidən jurnalistikaya qayıtmaq istəyi ilə bağlıdır:

«Sadəcə dedim, «bəsdir», yorulmuşam, artıq jurnalistikaya qayıtmaq istəyirəm».

Rauf Ağayev həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

Rauf Ağayevin 14 ildir ki çalışdığı vəzifəyə artıq yeni təyinat da olub. ABB-nin yeni mətbuat katibi vəzifəsinə Yadigar Cəfərli təyin olunub. Bu barədə onun özü AzadlıqRadiosuna açıqlama verib.

Yadigar Cəfərli bundan əvvəl «Azər Türk Bank» və «Kapitalbank»da mətbuat xidmətində çalışıb. BDU-nun Jurnalistika fakültəsinin məzunu olan Y.Cəfərli 1998-ci ildən mətbuatda çalışır. «Şərq» və «Azərbaycan» qəzetlərinin əməkdaşı olub. Filologiya üzrə fəlsəfə doktorudur.

XS
SM
MD
LG