Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:26

-

İyulun 27-də Səudiyyə Ərəbistanı İranın bəyanatlarını “düşməncəsinə verilmiş” və “aqressiv” adlandırıb. Bununla da iki regional rəqib arasında söz atışması güclənib.

İyulun 25-də İran nazirləri Səudiyyənin müttəfiqi Bəhreyni regionda gərginliyi artırmağı hədəfləyən “əsassız iddialar” irəli sürməkdə ittiham edib. Bəhreyn demişdi ki, İrandan silah çıxarmağa çalışan iki nəfəri saxlayıb. İranın xarici işlər naziri Mohammad Javad Zarif Küveytə səfəri zamanı Bəhreynin iddialarını “əsassız” adlandırıb. O, daha sonra Səudiyyə Ərəbistanına işarə edərək “bəzi ölkələrin regionda münaqişə və müharibə istədiyini” deyib.

Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir isə İranın bəyanatlarına “qəbuledilməz” deyib. “Bu, yaxşı münasibətlər istəyən ölkənin niyyətlərini göstərmir,” o, söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG