Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Özbəkistan irəliləyir, Belarus geri gedir


 John Kerry hesabatın təqdimetmə mərasimində

John Kerry hesabatın təqdimetmə mərasimində

-

Birləşmiş Ştatlar illik insan alveri hesabatında Özbəkistanın reytinqini yüksəldib, Belarusunkunu isə salıb. Hesabatda 188 ölkənin seks alveri və məcburi əməyin digər formalarına qarşı gördüyü işlər dəyərləndirilib. Özbəkistan pambıq sənayesində əməyin istismarına görə insan haqları qrupları tərəfindən tənqid olunur. Ancaq hesabatda ən aşağı "Tier 3" səviyyəsindən "Tier 2 Watch List"-ə qaldırılıb. Səbəb də Daşkəndin pambıq məhsul yığımında uşaq əməyinin qarşısını almağa çalışmasıdır.

Belarusun reytinqi isə əksinə “Tier 2 Watch List” səviyyəsindən “Tier 3”-ə endirilib. Səbəb kimi Belarusun ötən il insan alveri ilə mübarizədə “minimum standartlar”a əməl etməməsi göstərilib.

ABŞ Dövlət katibi John Kerry hesabatla birlikdə yayılan məktubunda deyib ki, “insan alveri bəşəri ləyaqətə təhqir və azadlığa hücumdur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG