Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:04

Londonun meri Şekspir haqda kitab yazır


Boris Johnson, Londonun meri
Boris Johnson, Londonun meri

- Lap turistlərin arzuladığı kimi

Londonun meri Boris Johnson (Boris Conson) böyük ingilis dramaturqu William Shakespeare (Vilyam Şekspir) haqda kitab yazır.

Kitab 2016-cı ilin oktyabrında böyük “Hodder & Stoughton” nəşriyyatında çıxacaq.

Bu barədə mer də, nəşriyyat da “Sunday Times” qəzetinə məlumat veriblər. Qəzet xəbəri "Yaramaz Boris Bardın həyatına görə 500 mini qatladı qoydu cibinə" başlığıyla çap edib.

Yəni, nəşriyyat bu müqaviləyə görə merə 500 min funt sterlinq ödəyəcək. Bu pul merin aylıq maaşından demək olar, yeddi dəfə çoxdur. Onun aylıq əmək haqqı 74 min funt sterlinqdir.

Keçən il Boris Johnson həmin nəşriyyat üçün Winston Churchill’in (Uinston Çörçil) bioqrafiyasını yazmışdı. Kitabın 187 min 570 ədəd nüsxəsi satılmışdı, bundan indiyə qədər 2 milyon yarımdan çox gəlir olub.

Yeni kitab Şekspirin ölümünün 400-cü ildönümüylə üst-üstə düşəcək.

XS
SM
MD
LG