Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:14

Qəmərvan çayının şıltaqlığı ailələri ev-eşiksiz qoyub


Qəbələ, Qəmərvan kəndi

Qəbələ, Qəmərvan kəndi

-

“Kəndimiz hazırda növbəti sel təhlükəsiylə üz-üzədir. 5 gün əvvəl gələn sel nəticəsində 3 evi yuyub apardı. 10-ayaxın həyət daş-çınqıl altında qaldı. Halbuki biz bu təhlükəni əvvəldən hiss etmişdik və dövlət orqanlarına da müraciət etmişdik ki, tədbir görülsün”.

EV-EŞİK, ÜSTÜ MEYVƏYLƏ DOLU AĞACLAR, 30 SOT TORPAQ...

Bu il iyulun 22-də Qəbələyə güclü yağış yağması nəticəsində rayonun Tikanlı, Abrıx və Qəmərvan kəndlərinə zərər dəyib. Bu zərəri əsasən qəmərvanlılar hiss edib. Sel kənddəki bir neçə evi dağıdıb. Avtomobillər suların altında qalıb. İndi həmin evlərin sakinləri qonşu kəndlərdə yaşayan qohum-əqrəbalarının evinə sığınıb. Ancaq sakinlər deyirlər ki, növbəti sel təhlükəsi qalmaqdadır. Buna görə də gecəni evlərində rahat yata bilmirlər.

Kənd sakini Mehdi Mehdiyev AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, sel nəticəsində azı 30 min manta zərərə düşüblər. Üstəlik də 30 sot torpaq sahəsi sel sularının altında qalıb.

“Sel tək mənə yox, bütün kəndə dəyib. Ancaq ən böyük zərəri şəxsən biz çəkmişik.Kəndimiz hazırda da sel təhlükəsi yaşayır. Bura tez-tez sel gəlir. Sonuncu hadisədə bizim də evimiz əldən getdi. Əşyalar, üstü meyvələrlə dolu ağaclar, əsasən də ev… Evimiz tamamilə yararsız vəziyyətə düşüb. Daş-çınqılın altında qaldı, bircə əşya da çıxara bilmədik”.

Qəbələ, Qəmərvan kəndi

Qəbələ, Qəmərvan kəndi

ÇAYIN DİBİ VAXTINDA TƏMİZLƏNSƏYDİ...

Sakin deyir ki, çayın yatağı vaxtında təmizlənsəydi, bu hadisə də olmazdı. Belə ki, hər dəfə güclü yağış yağanda əmələ gələn sel öz yarğanı ilə axıb gedirmiş və kəndlilərə başağrısı yaratmırmış. Ancaq bu dəfəki sel əvvəlkindən fərqli olaraq daş-çınqılla gəlib. Ev-eşikləri, avtomobilləri yararsız hala salıb. Selin daş-çınqılla gəlməsinə səbəb yarğanların daş-kəsəklə dolu olmasıymış:

“Ötən ay yağan yağış nəticəsində suyun gətirdiyi torpaq, daş qarığışı ilə çay yatağını doldurmuşdu. Biz yerli icra orqanlarına müraciət etdik ki, təmizləsinlər. Çünki növbəti yağışlarda bizə problem yaranacaq. İki traktor göndərdilər, dedilər, benzinini özünüz alın tökün, təmizləsin. Biz kəndlilərdə pul hardan traktora benzin almağa? Beləcə, tədbir görülmədi. Bu da nəticəsi…”

Qəbələ rayon icra hakimiyyətindən“Qaynar xətt”ə bildiriblər ki, Qəmərvandakı vəziyyət diqqətdədir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində olub, vəziyyəti qiymətləndiriblər.

Mehdi Mehdiyevsə deyir, sel hadisəsindən sonra tez-tez gəlib qəzalı evlərə və həyətlərə baxış keçirirlər. Ötən 5 gün ərzində əraziyə 2 traktor göndəriblər. Ancaq ev-eşiyindən uzaq düşmüş sakinlərə heç bir maddi yardım göstərilməyib:

“Orda-burda qalırıq. Əşyalarımızı da çıxara bilməmişik. Pal-paltarımıza, ərzağımıza qədər hamısı daş-çınqılın altında qalıb. Heç olmasa yardım etsinlər…”

Qəbələ, Qəmərvan kəndi

Qəbələ, Qəmərvan kəndi

KƏNDLİNİN TƏLƏBİ: "KÖRPÜNÜ, YOLU DÜZƏLTSİNLƏR"

Selə məruz qalmış Tikanlı kəndindən olan Adil Əsədov da “Qaynar xətt”ə danışıb. O, tez-tez daşan şıltaq çayın üzərindəki sınıq-salxaq körpünün və yolların tezliklə düzəldilməsini tələb edir:

“Sel Tikanlıyla Qəmərvan kəndi arasındakı yolu, çayın üzərindəki körpünü yararsız hala salıb. Bizim əsas gediş-gəliş vasitəmizdir. Kəndlə demək olar ki, əlaqə kəsilib. Vacib olanda da şayın içi ilə keçib gedirik”.

Dağlardan gələn sel suları Tikanlı və Abrıx kəndinə gedən yolu sıradan çıxarıb. Nəticədə kəndin hər iki istiqamətində hərəkət məhdudlaşıb. Kəndlə əlaqə kəsildiyindən sakinlər çayı piyada keçmək məcburiyyətində qalıblar.İki kəndlə rayonu birləşdirən yol yararsiz vəziyyətdədir.

Bəzi yaşayış evlərinə, avtomobillərə, fərdi təsərrüfatlara ciddi ziyan dəyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG