Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:42

Qırğızıstan prezidenti Almazbek Atambaev ABŞ-la əməkdaşlığın dayandırılması ilə bağlı hökumətin qərarını dəstəkləyib.

O həmçinin Vaşinqtonu millətlərarası həmrəyliyin pozmağa cəhddə, təxribatçı hərəkətdə günahlandırıb.

Qırğızıstan hökuməti ayın əvvəllərində 1993-cü ildə ABŞ-la imzalanmış əməkdaşlıq sazişini dayandırıb.

Buna səbəb ABŞ Dövlət departamentinin yerli özbək fəal Azimjon Askarovu 2015-ci ilin insan haqları mükafatına layiq görməsi olub.

Azimjon Askarov 2010-cu ildə Türkmənistanın cənubunda etnik zəmində baş verən toqquşmalar zamanı millətlərarası ədavətin qızışdırılması və polis əməkdaşının qətlə yetirilməsinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Almazbek Atambayev hesab edir ki, bu mükafatın verilməsi ölkədə etniklərarası ədavəti qızışdıra bilər.

Vaşinqton isə xəbərdarlıq edib ki, razılaşmanın dayandırılması bu ölkəyə yardımı sual altda qoya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG