Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:52

Rusiya muzeylərində Naxçıvan bayraqları


Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, bayraqşünaslıq və geraldika üzrə mütəxəssis Pərvin Gözəlov Rusiya muzeylərinin arxivlərində indiyədək məlum olmayan bir sıra maraqlı faktlar aşkarlayıb.

P. Gözəlov APA-ya bildirib ki, Ermitaj Muzeyinin bayraq fondunda saxlanılan birinci bayraq 1812-ci ildə baş vermiş Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilib: “Həmin döyüşlər zamanı isə qənimət kimi götürülərək Rusiyaya gətirilib. Naxçıvanın ikinci dövlət bayrağı 26 iyun 1827-ci ildə xanlığın işğalı zamanı qənimət kimi götürülüb. Bayrağın üzərindəki rəmzləri təhlil edərkən məlum olur ki, bizim müasir bayrağımızın üzərində olan rəmzlərdən həmin bayraqda da istifadə olunub. Bu çox maraqlı faktdır. Çünki, bu günə kimi biz hesab edirdik ki, bayraq üzərində olan aypara və ulduz 1918-ci ildə ilk dəfə istifadə olunub. Bu bayrağın tapılması isə elmə yenilik gətirir və sübut edir ki, bu rəmzlər 1918-ci ildən əvvəldə istifadə olunub”.

P. Gözəlov qeyd edib ki, bayraq ipək parçadan tikilib və qızılı saplarla işlənib: “Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyindən əldə olunan bayraqda Əcəmi Naxçıvaninin memarlıq ənənələrindən istifadə edilib. Üzərində əks olunmuş səkkiz guşəli ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. İndiyədək nəinki Azərbaycan xanlıqlarının bayraqlarında, 18-19-cu əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast gəlinməyib”.

Araşdırma zamanı Peterburq Artilleriya və hərb tarixi muzeyinin arxivlərindən Azərbaycan tarixinə dair başqa faktlar da üzə çıxıb. P. Gözəlovun sözlərinə görə, materiallar arasında Dərbənd qalasının gümüş açarı aşkar olunub: “Şamaxı qalasının açarları aşkar olunaraq fotoşəkilləri aşkar olunaraq gətirilib".

XS
SM
MD
LG