Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

-

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Müəllimlər İnstitutunun Sumqayıt filialının bağlanması haqda apa-ya açıqlama verib.

O deyib ki, filialın maddi-texniki bazası, professor-müəllim və tələbə heyəti, orada mövcud olan kadr hazırlığı üzrə ixtisaslarla birlikdə Sumqayıt Dövlət Universitetinin balansına verilir.

«Bu isə o deməkdir ki, balansa köçürülmə zamanı müəllimlər də, tələbələr də, köməkçi heyət də bütövlükdə ora keçiriləcək. Bu məsələdə heç bir narahatlığa əsas yoxdur», -S.Gözəlov bildirib.

Onun dediyinə görə, heç kim işdən uzaqlaşdırılmayacaq: «Bu, bir filialın daha böyük ali təhsil müəssisəsinin tərkibinə verilməsidir. Bu zaman tələbələr və müəllimlər üçün də bir sıra üstünlüklər yaranır».

Üstünlüklərin nədən ibarət olduğuna toxunan Sülhəddin Gözəlov söyləyib ki, tələbələr dövlət universitetinin diplomunu alacaq, müəllimlərin isə əməkhaqqı yüksək olacaq.

Sülhəddin Gözəlov ixtisasların da olduğu kimi saxlandığını qeyd edib.

İyulun 24-də prezident Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilməsi barədə sərəncam imzalayıb.

XS
SM
MD
LG