Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:19

Kamerunda 12 yaşlı intiharçı qızın törətdiyi partlayışda 20 nəfər ölüb, 79 nəfər yaralanıb.

Yerli televiziyanın bazar günü verdiyi məlumata görə, intiharçı qız şənbə günü axşam Marua şəhərindəki bara daxil olaraq özünü partladıb.

Bazar günü isə Nigeriyada əqli cəhətdən qüsurlu qadının törətdiyi partlayışda 14 nəfər ölüb, 50 adam xəsarət alıb.

İntiharçı özünü Damaturu şəhərindəki gur bazarın girəcəyində partladıb.

Partlayışlara görə cavabdehliyi heç kim üzərinə götürməyib.

İslamçı Boko Haram qrupu bu regionda çox fəaldır və son vaxtlar intiharçı kimi qadın və qızlardan istifadə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG