Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:48

Gələn həftə «Barmek»in altı əməkdaşına cəza tələb olunacaq


Noyabrın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Barmek» şirkətinin altı əməkdaşı haqqında dövlət ittihamçısı cəza tələb edəcək. Dövlət əmlakını mənimsəməkdə və vəzifə saxtakarlığında ittiham olunan şirkətin Enerji İdarəsinin rəisi Ələsgər Ramazanovun, onun müavini Rahib Musayevin, Sayğac Quraşdırma İdarəsinin rəisi Elnur Mütəllibovun, onun müavini Firudin Ağayevin, baş mühəndislər Əhliman Mahmudovla Asəf Əkbərovun təqsirləri sübut olunarsa, onları 2 ildən 7 ilə qədər cəza gözləyir.


İttiham olunanların vəkilləri müdafiə etdikləri şəxslərin təqsirsiz olduğunu deyirlər.


Respublika Prokurorluğundan verilən məlumata görə, «Barmek» şirkətinin daha yeddi əməkdaşının işiylə bağlı istintaq materialları yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.


Bakı, Abşeron, Sumqayıt və şimal rayonlarını elektrik enerjisi ilə təmin edən «Barmek» şirkəti noyabrın 7-də Azərbaycanda fəaliyyətini rəsmən dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG