Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:48

-

Türkiyənin baş naziri Ahmet Davutoglu deyir ki, ölkəsinin Suriya və İraqda İslam Dövləti (İD) və PKK kürd yaraqlılarına hava zərbələri regionda “oyunu dəyişir”.

İyulun 27-də Davutoglu Türkiyədəki qəzet redaktorları ilə görüşdə deyib ki, “öz gücündən səmərəli istifadə edən Türkiyənin varlığı Suriyada, İraqda və bütün regionda oyunu dəyişdirə biləcək nəticələrə gətirə bilər”.

Onun sözlərinə görə, indi digər ölkələr “öz mövqelərini müvafiq şəkildə dəyərləndirməli... gözdən keçirməlidir,” Hurriyet qəzeti yazır.

Davutoglu onu da deyib ki, Suriyaya quru qoşunları göndərmək planları yoxdur.

Baş nazirin sözlərincə, Türkiyə Birləşmiş Ştatlarla razılaşıb ki, Suriyada İD qüvvələri ilə savaşan mötədil yaraqlılara havadan dəstək lazımdır.

İyulun 26-da Türkiyə qırıcıları İraqın şimalında PKK düşərgələrinə zərbələr endirib. Daha öncə kürd yaraqlıları cənubşərqi Diyarbakir şəhərində iki türk əsgərini öldürüb, dördünü yaralayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG