Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:53

AzadliqLive - Emin Ağalarov: "Səni unutmaq"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

12:03 1.8.2015

"Get,ağıl duası oxutdur"

İncəsənət yoxsa milli mentalitet? Kinorejissor Ayaz Salayevin dünən aktrisalara müraciətində “ya səhnəyə çıxıb, soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin” deməsi böyük mübahisə doğurub.

AzNews.az xəbər verir ki, "rejissorun bu fikirləri xalq artisti, Dram Teatrının aktyoru Ramiz Məliki də özündən çıxarıb". O, Facebook-da yazıb: “Ayaz Salayev, get kilsədə keşişə ...ağıl duası oxutdur. ... Sənə kim ixtiyar verib ki, Azərbaycan qızlarını əxlaqsız yola çəkirsən? Bu xalqın milli mentaliteti var"

Bircə onu xatırladaq ki, rejissor Eldar Ryazanov deyirdi ki, sovet aktrisaları səhnədə soyunmaq, öpüşmək istəmədiyinə görə, məşhur "Həmişə təmizlikdə" komediyasına xaricini -polyak aktrisa Barbara Brılskanı çağırdı.

11:39 1.8.2015

Bin Ladenin ailə üzvləri həlak olub (video)

İngiltərənin Hempşir qraflığında özəl təyyarə maşın bazarına düşüb, pilot və 3 sərnişin həlak olub. Sonradan Amerikanın NBC televiziyası xəbər verdi ki, təyyarədə ölənlər Osama bin Ladenin analığı, öğey bacısı və ögey bacısının əridir. Qəzadan sonra bazarda güclü yanğın başlayıb.video burada

03:26 1.8.2015

Leontyev: "Rusiya olmasaydı, Ermənistan heç xəritədə olmazdı"

Ermənistan Dağlıq Qarabağ müharibəsində, yumşaq deyilsə, Rusiyanın köməyi ilə qalib gəlib - bunu Rusiyanın tanınmış jurnalisti Mixail Leontyev baş redaktoru olduğu "Odnako" jurnalında yazır. O yazır ki, Rusiya olmasaydı, yəqin ki, Ermənistan heç xəritədə olmazdı. Onun sözlərinə görə, Qarabağda bu qələbə Ermənistanın geostrateji məğlubiyyətinə gətirib. Ermənistanı təklənməyə vadar edib.

02:59 1.8.2015

Azərbaycanda 48 insan alveri qurbanı

Bu ilin birinci yarımili ərzində Azərbaycanda 48 insan alveri qurbanı müəyyən edilib. Bu barədə "Report"a DİN-in İnsаn Аlvеrinə qаrşı Mübаrizə Baş İdаrəsindən məlumat verilib.

Məlumata görə, "qurbanların 47-si qаdın, 1-i kişi olmaqla 1-i əmək, 47-si isə cinsi istismаrа məruz qalıb: "Оnlаrdаn 5 nəfər əcnəbi şəхs (hamısı özbək əsilli), 43-ü Azərbaycan vətəndаşıdır. Qurbаnlаrdаn 33-ü Türkiyədə, 6-sı Azərbaycanda, 6-sı Birləşmiş Ərəb Əmirliyində, 3-ü Rusiyа Fеdеrаsiyаsındа istismar olunub, 18-i Bakı, 30-u isə respublikanın digər şəhər və rayon sakinləridir. Qurbanlardan 10-u еrkən nigаhа dахil оlub, 28-nin məişət zorakılığına məruz qalmış şəxslər olması müəyyən edilib".

Davamı

XS
SM
MD
LG