Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:44

İqtidar Beynəlxalq Valyuta Fonduna ölkə barədə hesabatı açıqlamağı niyə qadağan edib?


Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fontuna ölkənin Maliyyə Sektoru Stabilliyinin Qiymətləndirilməsi hesabatını açıqlamağı qadağan edib

Fineko/Abc.az iqtisadiyyat - maliyyə portalının məlumatına görə, rəsmi Bakı BVF-ə Azərbaycanın Maliyyə Sektoru Stabilliyinin Qiymətləndirilməsi (Financial Sector Stability Assessment) barədə hesabatı ictimailəşdirməsini qadağan edib.

Bu il iyulun 17-də BVF-in İcraçı Şurası Azərbaycanın Maliyyə Sektoru Stabilliyinin Qiymətləndirilməsi hesabatına yekun vurub.

Xəbərdə deyilir ki, Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (The Financial Sector Assessment Program) ölkənin maliyyə sektorundakı vəziyyətinin dərin analizini əks etdirir.

Bu analizin nəticələri qısaca olaraq FSSA adlanan hesabatda əks olunur.

Bu, Azərbaycanın maliyyə vəziyyətinin BFV tərəfindən ikinci qiymətlənduirilməsi idi və uzun müddət təxirə salınmışdı.

Rəsmi dairələrə yaxın portal bu qadağanın səbəbləri barədə heç nə yazmır, lakin son aylar ərzində ölkənin başqa maliyyə portallarında BVF və Azərbaycana aid xəbərləri gözdən keçirəndə bu qadağanın mümkün səbəbləri barədə müəyyən təsəvvür yarana bilər.

Azərbaycan üçün “kədərli proqnoz”

Məsələn azernews.az portalında mayın 21-də dərc olunmuş xəbər “BVF-in kədərli proqnozu Azərbaycan üçün real deyil” adlanırdı.

Xəbərdə bildirilirdi ki, Qafqaz və Mərkəzi Asiyada bu il iqtisadi artımın 2 faiz azalacağı gözlənilir və bu, xammal qiymətlərinin düşməsi və Rusiyanın iqtisadi yavaşıması ilə bağlıdır.

Mayın 19-na olan məlumata görə bu regionda iqtisadi artım yalnız 3 faizə çatmalı idi.

Bu faktorlara həmçinin dolların bahalaşması və rublun qiymətdən düşməsi də daxildir.

Azərbaycan Rusiya rublundan asılı deyil?

Portal ekspert Oqtay Haqverdiyevə istinadən bildirirdi ki, “Azərbaycan ekspertləri bu nəticələrlə razılaşmırlar”.

“Azərbaycan Rusiyadakı maliyyə sabitliyindən güclü şəkildə asılı deyilidr, - demişdi Haqverdiyev, - Bu gün böyük məbləğlərdən danışsaq, Azərbaycan Rusiyadan yalnız silah idxal edir, ixrac baxımından isə biz, Rusiyanın kənd təsərrüfatı məhsulları ilə təchizatını azaltmamışıq. Əlbəttə, qonşu ölkələrdə baş verən bütün proseslər bizə mənfi təsir göstərir, lakin bunlar dolayısı ilə problemlərdir”.

BVF ekspertlərinin fikrincə regiondakı neft və qaz ixracatçılarının xarici vəziyyəti 2015-ci ildə kəskin şəkildə zəifləyəcək

Miqrasiya üzrə ekspert Azər Allahverənov isə iddia edirdi ki, yaxın ticarət əlaqələrinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı Rusiyadan asılı deyil.

“Hətta Rusiya rublunun devalvasiyası bizim iqtisadiyyatımızı uzun müddətdə təsirləndirə bilməz” – demişdi ekspert.

O əlavə etmişdi ki, Rusiya iqtisadiyyatı yalnız Mərkəzi Asiya və Ermənistana təsir göstərə bilər.

Xəbərdə bildirlirdi ki, BVF ekspertlərinin fikrincə regiondakı neft və qaz ixracatçılarının xarici vəziyyəti 2015-ci ildə kəskin şəkildə zəifləyəcək.

Bu xüsusi vurğulanırdı ki, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan 2015-ci ildə ötən ilki 5, 5 faizlə müqayisədə bu il artımın 3, 5 faiz azalacağını gözləməlidirlər.

Neftin qiyməti Azərbaycan üçün “qırmızı xətti” keçib

Bu ölkələrin neft və qaz qiymətlərinin hazırkı səviyyəsində büdcə müvazinətini saxlaya bilməyəcəklərini nəzərə alan BVF, onlara maliyyə konsolidasiyası keçirməyi və bank sahəsinə nəzarəti artırmağı tövsiyə etmişdi.

Azərbaycan və Qazaxıstan neft qiymətlərinin 58 dollardan aşağı olacağı təqdirdə hökumət xərclərini ödəyə bilməyəcək

Təhlilçilər qeyd edirlər ki, 2005-ci ildən etibarən Azərbaycan hakimiyyəti beynəlxalq maliyyə strukturları ilə əvvəlki əzmkarlıqla əməkdaşlıq etmir.

Rəsmi Bakını maliyyə hesabatlarında korrupsiya amilinin tez-tez xatırladılması narahat edirdi.

Abc.az saytı mayın 19-da dərc olunmuş xəbərinə belə bir sərlövvhə qoymuşdu:

“BVF: Azərbaycan və Qazaxıstan neft qiymətlərinin 58 dollardan aşağı olacağı təqdirdə hökumət xərclərini ödəyə bilməyəcək”.

Əgər nəzərə alınsa ki, iyul ayında Brent markasından olan neftin qiyməti 13 faiz azalaraq 55 dollar civarında dayanıb, BFV-in rəqəmi Azərbaycan üçün təhlükəli “qırmız xətt”in keçildiyini göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG