Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58

-
Bir neçə gündür Türkiyə Silahlı Qüvvələri havadan və qurudan Suriyada İŞİD, İraqın şimalında isə PKK silahlılarına qarşı hərbi əməliyyatlar keçirir. Terrorçuluqla mübarizə ilə bağlı Türkiyənin təxminın 20 şəhərində keçirilən əməliyyatlarda 600-ə yaxın adam tutulub. Bəzi müxalif internet saytlarına giriş qadağan edilib. Əsasən kürd siyasətçilərin birləşdiyi və son parlament seçkilərində uğur qazanmış Xalqların Demokratik Partiyasının - HDP-nin iyulun 26-a təyin etdiyi sülh yürüşü də qadağan edilib.

İndi baş verənlər gözləri 2013-cü ildən əvvəlki dövrə yönəldib. 2013-cü ilə PKK Türkiyənin sərhədlərini tərk edib, xaricə gedəcəyini elan etmişdi. Hökumət də kürd probleminin həlli ilə bağlı böyük islahatlara boyun olmuşdu. 2013-cü ilə qədərsə terror hadisələrinin sorağı ölkənin dörd bir tərəfindən gəlirdi. İndi həmin dövrü xatırlayanlar çoxdur. Hətta 90-cı illəri xatırlayanlar da var.

90-CI İLLƏR: TOQQUŞMA, QADAĞA, KƏNDLƏRİN YANDIRILMASI...

90-cı illərdə kürd problemiilə bağlı toqquşmalar, qadağalar, cinayətlər, fövqəladə vəziyyətin elan olunması, kəndlrin boşaldılması və yandırılması ilə dolu illərdir.
İndi isə hərbi əməliyyatlar sürətlənib. Prezident Receb Tayyip Erdoğan deyib ki, "biz indi çox fərqli mübarizənin içinə girmişik”.

Bir-birinin ardınca keçirilən əməliyyatlar Türkiyənin ən qaranlıq dövrlərindən biri olan 90-cı illəri gətirir. 90-cı ilərdə Milli Təhlükəsizlik Təşkilatının Diyarbakır üzrə rəhbəri olmuş Cevat Öneş deyir ki, “90-cı illərdə gördüyümüz təhlükəsizlik konsepsiyasının yaratdığı nəticələri görmüşük. Həmin dövrdə Türkiyə çox ağır itkilər verdi”.

"İTİRƏN TÜRKİYƏ OLAR"

Uzun illər Polis Akademiyasında müəllimlik etmiş, bir müdət əvvəl isə istefa vermiş professor İbrahim Cerrah deyir ki, “ümid edirəm ki, o illərə qayıtmarıq”.
O deyir ki, indi Türkiyəni yenidən qarışdırılması, hər iki tərəfin qızışdırılmasını istəyənlər çoxdur.

Cerrah deyir ki, 90-cı illərdəki kimi terrorla mübarizə üsullarından istifadə edilsə, bundan Türkiyə itirəcək.

90-cı illərə qayıdılması isə şübhəsiz hakim Ədalət və İnkişaf Partiyası üçün çox kəskin geriyə dönüş olar.

Prezident Erdoğan baş nazir olduğu dövrdə kürdlərlə bağlı islahatlar keçirirdi. Öcalanla müzakirələrin də daxil olduğu həll yolu konsepsiyası onun əsas şüarlarından idi. Ancaq indi həmin həll yolu konsepsiyası çıxılmaz vəziyyətə düşüb. Bəs yolun çıxılmazlığına nə səbəb olub?

TƏRƏFIƏR BİR-BİRİNİ GÜNAHLANDIRIR...

Kürd siyasətçiləri deyir ki, hökumət Öcalanla apardığı danışıqlarda daha önəmli addımlar atmır. Onlar Erdoğanın fevralın 28-də “kürd problemi” yoxdur deməsini də tez-tez vurğulayırlar. Hökumət isə deyir ki, 2013-cü ildə PKK Türkiyənin sərhədlərini tərk edib xaricə gedəcəyini bildirsə də silahlanmaya davam edib. Silahlı hücumlar və törədilən terror hadisələri isə problemi həll etmək əvəzinə dərinləşdirib.

İndi hökumətin hərbi əməliyatlar keçirməsi tərəfləri qarşı-qarşıya qoyub. PKK isə bildirib ki, “indiki dövrdə atəşkəsin bir mənası yoxdur”.

ƏMƏLİYYAT DAVAM EDƏCƏK!

Türkiyənin baş naziri Ahmet Davutoğlu keçirilən əməliyyatların davam edəcəyini bildirib. Ancaq onu da deyib ki, bundan sonra da tərəflərin daha da yaxınlaşması üçün çox iş görüləcək.

Türkiyədə hələ yeni hökumət də qurulmayıb. Siyasi ekspertlər atəşkəsin davam etdirilməsi, sabitliyin bərpa olunması üçün işlərin davam etdirilməsinin vacibliyini vurğulayır. Yəni, hərbi əməliyyatlar sıfır səviyyəsinə endirilməli, yeni demokratik mühit yaradılmalıdır. Ancaq qaynar hərbi əməliyyatların keçirildiiy indiki vaxtda bu elə də asan görünmür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG