Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:20

100 min Fransa vətəndaşı məşhur Rivyera sahilinin Səudiyyə monarxının xudmani istirahəti üçün bağlanmasına qarşı petisiya imzalayıb

Fransada Səudiyyə kralı Salmanın yalnız hərəm və əshabələri ilə istirahət edə bilməsi üçün “Fransız Rivyerası”nın bir hissəsinin bağlanmasına qarşı petisiyanı 100 min nəfər imzalayıb.

Petisiyada deyilir ki, Valorisdəki sahil “hamının istirahəti üçün açıq omalıdır”.

Hakimiyyət orqanları şənbə günü kral Salmanın gəlişi ərəfəsində hər hansı etirazı önləmək üçün dəniz sahilini bağlayıb.

Səudiyyə monarxının buradakı villada üç həftə istirahət etməsi gözlənilir.

1000 əshabə, iki Boeing

Onun hərəmxana və əshabələrindən ibarət 1000 nəfərlik heyəti şənbə günü iki Boeing 747-də Nitsa hava limanına enib.

"Nəhəng alıcılıq qabiliyyəti" olan qonaq - kral Salman

"Nəhəng alıcılıq qabiliyyəti" olan qonaq - kral Salman

Kral və onun yaxın çevrəsi Antib və Marsel arasında yerləşən villada, 700 əshabəsi isə Kann şəhərinin otellərində qalmalıdırlar.

Kann otel menecerləri assosiyasiyasının prezidenti Michel Chevillon deyib ki, bu, yerli iqtisadiyyat üçün “yaxşı xəbərdir”.

Nəhəng alıcıq qabiliyyəti

“Bu adamlar nəhəng alıcılıq qabiliyyətinə malikdirlər” – deyib Chevillon.

Lakin La Mirandob sahilininkral Salmanın villasının altında yerləşən hissəsinin bağlanması yerli sakinləri qəzəbləndirib.

“Biz inanırıq ki, bu təbiət zonası, bütün başqa dənizkənarı mülkiyyət kimi hamı üçün açıq olmalıdır” – deyilir petisiyada, - Biz dövlətdən bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təmin olunmasını tələb edirik”.

Salman üçün xüsusi lift

Valorisin meri də Fransa prezidenti Francois Hollande-a etiraz məktubu yazaraq bildirib ki, sözügedən villada icazəsiz tikinti quraşdırma işi aparılıb.

Mən başa düşürəm ki, onun təhlükəsizliyini təmin etmək lazımdır, lakin mənim də dənizdə üzmək haqqım var”.

Kralın sahilə qalxıb-enə bilməsi üçün burada liftin quraşdırılması məqsədi ilə sahilə sement platforma tökülüb. Hərçən səudlar əlahəzrətin istirahəti başa çatan kimi bu platformanı sökməyi vəd ediblər.

Vətəndaşın üzmək haqqı

“Biz təhlükəsizilik mülahizələrini və iqtisadi marağı başa düşürük. Lakin heç kəs torpaq qanununu pozmaq səlahiyyətində olmamalıdır” – deyilir mer Michelle Salucki-nin məktubunda.

Kralın burada yaşayacağı müddətdə bu mülkiyyətin 300 metrliyinə yaxınlaşmaq qadağan olunub.

“Biz bunların əlindən artıq boğaza yığılmışıq” – deyib bir yerli qadın AFP agentliyinə, - Mən başa düşürəm ki, onun təhlükəsizliyini təmin etmək lazımdır, lakin mənim də dənizdə üzmək haqqım var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG