Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:57

Əl-Aksa məscidində toqquşma olub


-

Bir qrup fələstinli gənc Qüdsün şərqindəki Əl-Aksa məscidinə girən İsrail polisi ilə toqquşub.

Gənclərin məscidin içində barrikada qurduqları, onların qarşısını almaq istəyən polisə daş atdığı bildirilir.

Polis bir nəfərin yaralandığını bildirib. Fələstinlilərin arasında xəsarət alanların olub-olmadığı bilinmir.

Gənclərdən altısı tutulub.

İsrail polisi məscid kompleksinə bir neçə metr daxil olub. Asayişin bərpası və toqquşmaların qarşısını almaq üşün məscidin qapılarını bağlayıb

XS
SM
MD
LG