Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:22

Azərbaycanlı rəssamın Vatikanda sərgisi keçiriləcək


Fransanın Metz şəhərində azərbaycanlıların yeni diaspora cəmiyyəti yaradılıb
Fransanın Metz şəhərində azərbaycanlıların yeni diaspora cəmiyyəti yaradılıb

Azərbaycanın əməkdar rəssamı, YUNESKO-nun Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov 10 ildən çoxdur ki, Almaniyada yaşayır. Bundan qabaq isə uzun müddət Rusiyada yaşayıb. Azərbaycandan uzaqda olmasına baxmayaraq, rəssamın yaradıcılığında vətənlə bağlı motivlər həmişə yer alıb. Bu, onun son əsərlərində də öz əksini tapıb. Cənab Heybətovun axırıncı sərgisi Rumıniyada olub. Gələn ilin fevral ayında isə onun Vatikanda sərgisi keçiriləcək və burada Bibliya əsasında çəkdiyi əsərlər nümayiş etdiriləcək.


Fransanın Metz şəhərində Azərbaycanlıların Diaspora Mərkəzi yaradıldı


Bu günlərdə Fransanın Metz şəhərində azərbaycanlıların yeni diaspora cəmiyyəti yaradılıb. Fransada Azərbaycanlıların Diaspora Mərkəzi adlanan qurumun sədri seçilmiş Natella Abbasova deyir ki, məqsəd Fransada yaşayan azərbaycanlıları bir araya gətirmək, bu ölkədə Azərbaycanı, onun mədəniyyətini təbliğ etməkdir. Xanım Abbasova səkkiz il əvvəl işiylə əlaqədar Fransaya köçüb, artıq bu ölkənin vətəndaşlığını alıb. Hazırda məktəbdə ingilis dili dərsi deyir, həm də tərcüməçi kimi çalışır. Deyir ki, bu ölkədə yaşayan azərbaycanlıların ən böyük problemi iş tapmaqla bağlıdır. Başqa Avropa ölkələrində olduğu kimi, Fransada da Azərbaycan diplomlarını tanımırlar. Diplomların təsdiq olunması isə çox çətin prosesdir.


Benelüks ölkələrində yaşayan azərbaycanlıların sayı 50 mindən çoxdur


Hollandiya, Belçika və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspora cəmiyyətləri Benelüks Azərbaycanlıları Konqresini yaratmaq qərarına gəliblər. Bu təşəbbüslə Niderland-Azərbaycan Cəmiyyətinin sədri Sahil Qasımov çıxış edib. Noyabrın 18-də Amsterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin təsis konfransı keçiriləcək. Konqresə bu üç ölkədə fəaliyyət göstərən 15-ə yaxın Azərbaycan icması, eləcə də İraq türkmənlərinin məclisi daxil olacaq. Cənab Qasımov deyir ki, Konqres Hollandiya, Belçika və Lüksemburqdakı Azərbaycan diasporasının bir mərkəzdən idarə olunması və mütəşəkkil şəkildə fəaliyyət göstərməsi üçün yaradılır. Konqres müxtəlif siyasi baxışları olan Azərbaycan icmalarını birləşdirəcək. Sahil Qasımova görə, Benelüks ölkələrində yaşayan azərbaycanlıların sayı 50 mindən çoxdur. Onların böyük hissəsi - 30 mindən çoxu Hollandiyada yaşayır.


DİNLƏYİN


XS
SM
MD
LG