Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:14

Azərbaycan Almaniya ilə düşdü


Rusiyada 2018-ci ildə futbol üzrə dünya birinciliyinin seçmə mərhələsinin əsas püşkatması keçirilib.

Sankt-Peterburqun Konstantinovski sarayındakə mərasimdə 5 konfederasiya üzrə püşk atıb. Artıq yarışa start verən Asiya təmsilçiləri istisnadır.

Püşk 52 yığmanı 9 qrupa bölüb. Bunların 7-də 6, 2-də 5 komanda olub. Qrup qalibləri dünya kuboku finalına birbaşa çıxır. İkinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə final mərhələsində oynamaq şansını itirəcək.

Avropa zonasında qrupların tərkibi:

A qrupu
Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq

B qrupu
Portuqaliya, İsveçrə, Macarıstan, Farer Adaları, Latvia, Andorra

C qrupu
Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, AZƏRBAYCAN, San Marino

D qrupu
Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan

E qrupu
Rumınya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan

F qrupu
İngiltərə, Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta

G qrupu
İspaniya, İtaliya, Albaniya, İsrael, Makedoniya, Lixteynşteyn

H qrupu
Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Estoniya, Kipr

İ qrupu
Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya

Afrikanın da püşkü atıldı

Sankt-Peterburqda keçirilmiş püşkatmanın ardınca Afrika ölkələrinin 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Futbol Kuboku yarışının seçmə oyunlarında hansı millilərlə qarşılacağı bəlli olub.

Püşkatmada Zimbabvedən başqa 53 ölkə iştirak edib. Zimbabve keçmiş məşqçinin pulunu ödəmədiyi üçün FİFA tərəfindən dünya çempionatından xaric edilib.

Afrikaya iyunun 14-dən iyulun 15-dək keçiriləcək final oyunları üçün Rusiyada beş məkan ayrılıb.

Afrika qitəsinin milli yığmalarının seçmə oyunları üç dövrədə keçiriləcək.

Aşağı dövrədə FİFA-nın iyul qiymətləndirməsinə əsasən 26 milli çıxış edəcək.

Bu dövrədə qalib gələnlər ikinci dövrəyə keçəcəklər. Bu dövrədə həmin komandalar yerdə qalan 27 yüksək qiymətləndirilmiş milli yığma ilə görüşəcəklər.

Son dövrədə 4 komandan ibarət beş qrup olacaq. Komandalar bir-biri ilə həm rəqib, həm də ev meydançasında qarşılaşacaqlar.

Kamerunun keçmiş hücumçusu Samuel Eto Rusiyada keçirilən püşkatmada “kisədən” öz millisini çıxarıb.

“Yenilməz Şirlər” ikinci dövrədə çıxış edək, Somali və Niger görüşünün qalibi ilə qarşılaşacaqlar.

2010-cu il çempionatının ev sahibi olmuş Cənubi Afrika Respublikası ikinci dövrədə Anqola ilə oynayacaq.

Afrika çempionu Fil Sümüyü ya Liberiya, ya da Qvineya Bissau ilə qarşılaşacaq.

2015-ci ilin ikinci mükafatçısı olan Qananı Komor adaları və ya Lesoto ilə yarış gözləyir.

Nigeriya ya Cibuti, ya da Svazilendlə, Afrikanın ən reytinqli komandası olan Əlcəzair isə Tanzaniya-Malavi görüşünün qalibi ilə üzləşəcək.

XS
SM
MD
LG