Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:48

Milli peykdən əldə olunan gəlir açıqlanıb


«Azerspace-1» 2013-cü il fevralın 8-də orbitə buraxılıb.

«Azerspace-1» 2013-cü il fevralın 8-də orbitə buraxılıb.

-

«Azerspace-1» peykinin resurslarının 66 faizi kommersiya yönümlü istifadədədir. 2013-cü ildən kommersiya fəaliyyətinə başlayan peyk tutumlarından istifadəyə görə «Azərkosmos» ASC-yə 27 milyon ABŞ dolları həcmində vəsait daxil olub.

«Azərkosmos»un mətbuat xidmətinin rəhbəri Fidan Behbudova AZƏRTAC-a belə deyib.

Qeyd edilib ki, əlverişli orbital mövqedə (46˚ şərq uzunluğu) yerləşən «Azerspace-1» telekommunikasiya peyki vasitəsilə dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə imkanları əldə edir. Fəaliyyət göstərdiyi bu illərdə ilk Azərbaycan peyki Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda mühüm rol oynayır.

«Azərkosmos» 2017-ci ildə ikinci telekommunikasiya peyki «Azerspace-2»ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

Azərbaycanın ilk telekommunikasiya peyki – «Azerspace-1» 2013-cü il fevralın 8-də Fransız Qvianasındakı (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılıb.

İlk peykin hazırlanma və orbitə qaldırılmasının Azərbaycana neçəyə başa gəldiyi barədə dəqiq rəqəmlər açıqlanmır. Yalnız o bildirilir ki, peyk 120 milyon ABŞ dollarına hazırlanıb.

Peykin istismar müddəti 15 il, qoyulan vəsaitin götürülmə müddətinin 5 il olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG