Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Nazir gəmilərin döyüş hazırlığını yoxladı


Xakir Həsənov
Xakir Həsənov

-

İyulun 24-də müdafiə naziri Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında hərbi gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov nazirə gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana aid sektorunda əməliyyat şəraiti və s. barədə operativ məlumatları məruzə edib.

Nazir hərbi gəmilərə baxış keçirərək onların taktiki-texniki xüsusiyyətləri, silahlanması, mübarizə vasitələrinin vəziyyəti ilə maraqlanıb.

Zakir Həsənov bu il avqustun 1-dən 15-dək Rusiyanın Mahaçqala limanı yaxınlığında keçiriləcək «Xəzər Dənizi-2015» beynəlxalq müsabiqəsində iştirak edəcək 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisində olub. Nazir gəmilərin və heyətin səfərə hazırlığını yoxlayıb.

XS
SM
MD
LG