Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:54

- Gənc yazarın ikinci kitabı

Sərdar Aminin yeni şeirlər kitabı nəşr olunub. “Şeiraltı” adlanan kitabda yazarın əksər şeirləri yer alıb. Kitab artıq Kitabevim.az mağasında satışdadır. Yaxın günlərdə şeir toplusunun təqdimatı keçiriləcək.

“Şeiraltı” sayca Sərdar Aminin ikinci kitabıdır. Bundan əvvəl yazarın “Qaratoyuq nəğməsi” adlı romanı işıq üzü görüb.

Yetmədiklərimə

irotaqlı,
çoxuşaqlı
evlər kimi hay-küylü xəyyallardan uzaq
bir şair yıxılıb qalıb içimdə.
Yaşıllığa “göy çəmən” demir daltonlar kimi.
Yuva quran qaratoyuqlar var ha -
çöp yığar baha-bahar -
o da təbəssümdən qırışan sözlər yığar onlar kimi.
Yetdiklərimə yetər,
yetmədiklərimə
şeir atar.

Gözəl insan,
hər şey belə gerçək deyil,
belə boz deyil.
Həmişə torpaq olmur ki, sahil!
bəzən sular görünür üstündə dil-dil.
Sonra dalğaların cızdığı sahillərin
keyfini çıxarır qağayılar.
Bəzən də ağ ayılar...

Kişilər ay kişilər,
deyirlər
ürəyinizə gedən yol
mədənizdən keçir,
heç afrikalı uşaqlar yolçusu oldumu o yolun?
Kişilər ay kişilər,
Dar ağacından yıxılıb ölmədi heç kəs,
qoymadı kəndirlər.
Kişilər ay kişilər,
sizin də quru maaşınızı
isladırmı balalarınızın göz yaşı?
Korlar, can korlar,
“insanların həyata baxış bucağı fərqlidir” -
deyənlərin ağzından vurun.
Axı sizin bircə baxış bucağınız var,
o da kor bucaqdır.
Sizə kor deyənin ağzından vurun.
Deyin, “biz kor deyilik,
dünyanı görməyə gözümüz yoxdur”.
Lallar desin, “lal deyilik,
insanlara daha sözümüz yoxdur”.
Necə ki, cüzamlı dodaqlar deyərdi illər öncə:
“aranıza çıxmağa üzümüz yoxdur”.

Tarixçilər, ehey tarixçilər,
siz Allah boş-boş danışmayın heç vaxt.
Gəlin sizə bir sual verim:
“Toxtamış neçənci ildə toxtamış?”

Fələk, ey fələk,
daha səndən heç nə istəmirlər,
eylə külək, filan... deyə.
Qadınlar duyub onların niyyətini
şalvar geyəndən sonra,
itirib küləklər onlarçın əhəmiyyətini.
İtirib külək qadın baldırı göstərmək qabiliyyətini.
Onlarçın “qabiliyyətsiz küləklər”in şəhəri də itirib dadını.
Ceyran deyib, Ceyranbatanda batırdılar qadını.
Hər tində
tərəzidə gün ərzində
nə qədər ət tökdüyünü ölçən qadınlar,
çəkisini
nə qədər itirdiyini
ölçən kişilər.
Bundan ibarətdir onlarçın şəhər.
Eh onlar, onlar... hər gün artanlar...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG