Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

-

“Bu ilin əvvəlindən Avropa strukturlarına açıq, səmimi və sərt formada iradlarımız olub.”

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iyulun 24-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa Birliyi Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan-Avropa əlaqələri baxımından mühüm hadisələrdən biri idi”.

APA-nın verdiyi xəbərə görə, Novruz Məmmədov Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərbdən, Avropa strukturlarından beynəlxalq hüquqa uyğun mövqe gözlədiklərini vurğulayıb:

“Təəssüf ki, onlar bunu etmirlər, edə bilmirlər. Biz Vilnüs sammitində assosiasiya sazişinə qoşulmadıq. Bizi tənqid edirdilər. Amma həmin tənqid edənlərin biri də demədi ki, assosiasiya sazişində Azərbaycanın ərazi bütövlüyü göstərilmir.

Necə olur ki, Moldova, Ukrayna ilə assosiasiya sazişində bu göstərilir? Bunu bir müxalifət fəalı, həmin QHT-lər demədilər. Prezident İlham Əliyev Azərbaycanın maraqları ilə bağlı addım atır və atmaqdadır.

Ola bilər ki, bir müddət Azərbaycanın bəyanatlarına, mövqelərinə Qərbdə diqqət yetirmirdilər, düşünürdülər ki, Azərbaycanı istədikləri yola gətirəcəklər.

Donald Tusk və İlham Əliyev, 22 iyul, 2015

Donald Tusk və İlham Əliyev, 22 iyul, 2015

Amma prezident son müşavirədə Qərbdə bağlı konkret mövqe nümayiş etdirdi. Anladılar ki, Azərbaycana başqa ölkələr kimi fərqli münasibət göstərə bilməzlər. Avropa İttifaqının prezidentinin səfəri də bunun göstəricisi idi”.

“Uzun yoldan sonra bu qiyməti aldıq”

N.Məmmədovun sözlərinə görə, Donald Tusk Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu bildirib:

“O cümlədən, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Donald Tusk bəyan etdi ki, Avropa Birliyi Azərbaycanın müstəqilliyi və suverenliyini dəstəkləyir. Uzun yoldan sonra bu qiyməti aldıq. Yeri gələndə biz öz mili maraqlarımız, təhlükəsizlik və sabitliyimiz üçün bu addımları atmaqda davam edirik. Bir daha deyirəm ki, müstəqilliyi qoruyub saxlamaq çox çətindir. Müstəqilliyimizi əbədi qorumalıyıq”.

Bu ilin əvvəlindən Avropa strukturlarına açıq, səmimi və sərt formada iradlarımız olub.

Şöbə müdirinin sözlərinə görə, ABŞ dövlət katibi köməkçisinin baş müavini Riçard Hoqland və Avropa İttifaqı prezidenti Donald Tuskun səfərləri Azərbaycanın mövqeyi ilə bağlı olub:

“Azərbaycan 24 il Avropa və ABŞ ilə sıx əməkdaşlıq edibsə, niyə fərqli mövqe qoyulmalıdır? Həm ABŞ, həm də Avropa İttifaqı artıq bizi anlayır”, o bildirib.

N. Məmmədov deyib ki, həm ABŞ, həm də Avropa Birliyi Azərbaycanın mühüm tərəfdaş olduğunu bildirirlər:

“Riçard Hoqlandın səfəri də bu ruhda idi. Enerji məsələləri ilə bağlı ABŞ-dan Azərbaycana gələn nümayəndə heyəti də münasibətlərin inkişafını arzuladı. Almaniya tərəfdən də belə təklif olub, biz də müsbət mövqeyimizi bildirmişik. Ancaq onu da deyim ki, biz mövqeyimizə sadiqik, bizə münasibət dəyişməlidir”.

Bir neçə aydır ki, Avropa Birliyi ölkələrindən Azərbaycanınünvanına insan haqlarının pozulmasl ilə bağlı sərt tənqidlər eşidilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG