Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:30

Oyunlar bitdi, marşrutlar bərpa olunmadı


Birinci Avropa Oyunları ərəfəsində Bakı ətrafı, qəsəbə və kəndlərdən gələn nəqliyyat vasitələrinin böyük hissəsinin şəhərə girişi qadağan oldu, bəzi marşrutlar ləğv edildi, dəyişdirildi.

Oyunların bitməsindən bir aya yaxın vaxt keçsə də edilən çoxsaylı müraciətlərə baxmayaraq, hələ müvəqqəti dəyişdirilmiş marşrutlar əvvəlki iş rejiminə qayıtmayıb.

Millət vəkili Fazil Mustafa sözügedən məsələ ilə bağlı AzNews.az-a açıqlama verib: “Neçə müddətdir dəstə-dəstə insanların Şəhidlər Xiyabanına, Milli Məclisə, İçərişəhər metrosu istiqamətinə payi-piyada getməsinin şahidi oluram. Bunlar təbii ki, şəxsi avtomobili olmayan insanlardır, haradasa iş yerinə və ya iş dalınca gedirlər. Bəziləri də Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət etmək istəyən qonaqlar ola bilər. Hələ burada Mərkəzi Klinik Xəstəxana da yerləşir, xəstəsini ziyarət edənlər də az deyil. Təsadüfən tanıdığım bir nəfərdən soruşdum ki, niyə bu istidə avtobusdan istifadə etmirsiniz, söylədilər ki, bəs Avropa Oyunları zamanı bu qayda tətbiq olunub, indiyə qədər də bu qadağa qüvvədə qalır. Əlbəttə, bütün vətəndaşlar Avropa Oyunları kimi möhtəşəm bir tədbir zamanı bütün məhdudiyyətləri anlayışla qarşıladılar və dəstəklədilər. Oyunlardan sonra da buradan bütün marşrutların yığışdırılmasının hansı məntiqi izahı ola bilər? Demək neçə müddətdir, Milli Məclisə gələn işçilər, ərizə gətirən vətəndaşlar bu uzaq yolu piyada gəlib-gedirmişlər”.

F.Mustafa deyir ki, bunun bir adı var - intellektual mazoxizm:“Vətəndaşlara bu qədər əziyyət verməyin başqa adı varmı? Yaxında metro yox, başqa ictimai nəqliyyat növü yox, insanın taksiyə verməyə pulu yox, hər gün bu çiləni bu insanlara çəkdirməyin adı nədir? Hər nöqsanı ölkə prezidenti iclasda üzünüzə deməməlidir ki. Hər kəs rəhbərlik etdiyi sahədə vətəndaşa xidmət etməyi vicdan borcu olaraq görməsə də, heç olmazsa vəzifə borcu olaraq görməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG