Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56

İran ona qarşı sanksiyaların ləğvindən sonra yenidən beynəlxalq ödəniş sisteminə (SWIFT) qoşulmaq istəyir.

İranın sənaye naziri Mohammad Reza Nematzadeh iyulun 24-də Vyanada keçirilən biznes konfransında bildirib ki, xarici banklar sanksiyalardan sonra İran bankları ilə əlaqəni bərpa edə bilərlər.

İyulun 14-də Vyanada İranla 6 dünya ölkəsi arasında əldə edilmiş nüvə sazişində Tehranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Nematzadeh həmçinin qeyd edib ki, xarici şirkətlər sanksiyaların ləğvindən sonra İran dövlət şirkətlərinin özəlləşdirilməsində də iştirak edə biləcəklər.

Amma o “İran Milli Neft Şirkəti”nin satılmayacağını və vacib sənaye sahələrində hökumətin 20 faizədək payı olacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG