Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:57

Rusiyanın “Qazprom” şirkəti “Türkmenqaz” şirkətini Stokholmdakı arbitiraj məhkəməyə verib.

Şirkət rəsmisi bunun qiymətlə bağlı olduğunu bildirib, amma əlavə açıqlama verməyib.

“Türkmenqaz” bu ilin fevralında “Qazprom”u 2015-ci ildən başlayaraq ödəniş etməməkdə günahlandırmışdı.

Amma “Qazprom” həmin vaxt məsələyə münasibət bildirməmişdi.

“Qazprom” Türkmənistandan daxili təlabat və satmaq üçün qaz alır.

Amma Türkmənistan Çinə qaz ixracını artırdığından bu il Rusiyaya verilən qazın həcmi azalıb.

Forbes jurnalının yazdığına görə, Rusiya qazın hər 1000 kub metrini Türkmənistandan təxminən 240 dollara alır.

Türkmənistan hazırda Çinə il ərzində 30 milyard kubmetrədək qaz satır və bunu 2020-ci ilədək iki dəfə artırmaq fikrindədir.

“Qazprom” da 2018-ci ildən Çinə qaz satmağı planlaşdırır və bunu getdikcə illik 38 milyard kubmetrə çatdırmaq fikrindədir.

Türkmənistan hazırda qaz ehtiyatına görə dünyada dördüncüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG